top of page

Saytıma necə izləyici cəlb edim

Bu bloq yazımızda veb saytımıza daha çox ziyarətçi çəkmək haqqında danışacayıq.


Əvvəlki dövrdə biznesimizə daha çox müştəri cəlb etmək üçün böyük yazı lövhələrindən istifadə edərdik.İndi dövr dəyişib və veb saytlara daha çox ziyarətçi cəlb etmək mövzusu aktual olub.

Sözü uzatmadan daha çox ziyarətçi cəlb etməyin yollarından danışaq.


VEB SAYTIMIZ AXTARIŞ MÜHƏRRİKLƏRİ İLƏ DOST OLMALIDIR.


Veb saytlardan istifadə etdikcə ən çox eşitdiyimiz sözlərdən biridə SEO anlayışıdır.Veb saytımızı elə hazırlamalıyıq ki axtarış mühərriklərinə uyğun olsun və yeni müştərilərimiz bizi asanlıqla ilk sıralardan tapa bilsinlər.Bəs axtarış mühərrikləri bizdən tam olaraq nə istəyirlər?

-Veb saytlarin hazirlanmasi bitdikdən sonra ilk öncə saytımız güvənli olmalıdır.Bunun üçün SSL təhlükəsizlik serfikatı paketləri qoşulmalıdır.Bu yolla veb saytımızın etibarlı

olduğun təsdiqləyirik.

-Günümüzdə 5 saniyədən gec açılan veb saytlar müştərilərinin yarıdan çoxunu demək olar ki itirir.

-Veb saytlarin hazirlanmasi təkcə masaüstü deyil mobil cihazlar üçündə əlçatan olmalıdır.Hazırlanan dizayn istifadəçi davranışlarına uyğun olmalıdır.


SOSİAL MEDİA HESABLARININ YARADILMASI.

İstər e-ticarət saytı olsun istərsə də korporativ veb sayt.Hər bir veb sayt sosial medianın güclərindən maximum istifadə etməlidir.Sosial media hesablarınızda diqqət cəlb edici paylaşımlar edərək ziyarətçiləri veb saytınızla əlaqələndirə bilərsiniz.


KEYFİYYƏTLİ BLOQ YAZILARI YAZMAQ.

Ən sonda isə keyfiyyətli məzmun məsələsin saxladıq.Veb saytımızı məhsuldar edən ən əsas xüsusiyyət məzmun hissəsidir.Məzmunumuz nə qədər keyfiyyətli olarsa bir o qədər də çox ziyarətçi cəlb edə bilərik.Bu səbəbdən də çalışın başqalarının məzmunlarından istifadə etməyin.

Məzmun nüsxələmək sizin saytınızın milyonlarca saytın içində yoxa çıxmasına səbəb olacaq.

Ümid edirəm ki,bloq yazım sizin üçün faydalı oldu.


Veb saytlarin hazirlanmasi işini şirkətimizə həvalə edin..




140 views
bottom of page